Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
Laborant
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
- MS Office proqramları bilikləri;
- ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) - Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus dili və ingilis dili biliyi üstünlükdür
İş haqqında məlumat:
- Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək;
- Yerli və beynəlxalq standartlara uyğun analizləri həyata keçirmək;
- Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə məlumat vermək;
- İş yerini, istifadə olunan avadanlıqları, cihazları və qabları təmiz və işlək vəziyyətdə saxlamaq;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- İstehsalat prosesində keyfiyyətlə bağlı yoxlamalar aparmaq və laboratoriyada əldə olunan analiz nəticələrində hər hansı uyğunsuzluq aşkar edildiyi halda müvafiq şəxslərə məlumat vermək;
- Laboratoriya sahəsində istifadə olunan cihaz və avadanlıqlardan düzgün istifadə etmək və onların saxlanmasına cavabdeh olmaq;
- Gizli saxlanması vacib olan məlumatların qorunmasını təmin etmək və aidiyyəti olmayan şəxslərə ötürməmək;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə uyğun digər işləri yerinə yetirmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymayacaq şəkildə icra etmək;
- Şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə işləməmək;
- Verilmiş xüsusi geyim və ayaqqabıdan istifadə etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- Əməyin mühafizəsi qaydalarının pozuntuları, qəza və bədbəxt hadisələr barədə işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: İmişli
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (İmişli)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.