LLS MMC

Şirkət haqqında:
LLS MMC 2022-ci ildə fəaliyyətə başlamış, inşaat və daşıma texnikalarının icarəsini həyata keçirir.
Əlaqə vasitələri:
Tikinti layihələri üzrə rəhbər
Namizədə dair tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları,
- 1C proqramında işləmək bacarığı üstünlükdür;
- Komanda daxilində işləmək, ünsiyyət və təqdimat bacarığı önəmlidir.
Vəzifə öhdəlikləri:
- Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək;
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
- Tələb olunduqda tikinti layihəsinin smetasının hazırlanması;
- Yerinə yetirilmiş iş həcmlərinin layihə və smeta sənədləri ilə uyğun icra olunmasının yoxlanılması;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi
İş şərtləri:
- Ə/H – Razılaşma əsasında
- İş qrafiki: 5 günlük, yarımştat
- Ünvan: Əhməd Rəcəbli 276
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.