Art Club Boutique Hotel

Şirkət haqqında:
Art Club Boutique Hotel, Bakıda qədim memarlıq ilə müasir dəbdəbəni birləşdirən xüsusi bir
məkandır. Otel geniş və rahat lüks otaqları, ləziz təamları təqdim edən restoranı, unikal şərab
zirzəmisi və sənət qalereyası ilə fərqlənir. Terasdan şəhərin gözəl mənzərəsini seyr etmək
mümkündür. Otel qonaqlarına concierge xidmətləri, otaq xidməti, pulsuz Wi-Fi, və transfer
xidmətləri təklif edir. Bu otel sənət, tarix və rahatlığı bir araya gətirərək səyahət və istirahətinizi
unudulmaz edir.
Əlaqə vasitələri:
Resepşionist
İçərişəhərdə yerləşən "Art Club" oteli qonaqpərvərlik sahəsində karyera qurmaq istəyi olan namizədlərə qəbul şöbəsində aşağıdakı şərtlərlə inzibatçı (resepşn) işi təklif edir:
Əsas Vəzifələr:
- Qonaqların gülərüzlə qarşılanması, qeydiyyatı və yerləşdirilməsi;
- Telefon zənglərinə və qonaqların sorğularını cavablandırması;
- Rezervasiyaların qəbul edilməsi və sistemdə qeydiyyatı;
- Qonaqların şikayət və təkliflərinin nəzərə alınması və həll edilməsi;
İş barədə məlumat:
- Saat 08:00-20:00 (1 gündən 1, aylıq 15 iş günü)
- Əmək haqqı 550 AZN+ bonuslar
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Qidalanma müəssisə tərəfindən təmin edilir
Tələblər:
- Gülərüz, ünsiyyətcil, səliqəli və işə qarşı məsuliyyətli olmaq;
- Komandada işləmə və sərbəst qərar qəbuletmə bacarığı;
- İngilis, rus dillərinin B2 səviyyədə yazılı və şifahi formada istifadə edə bilmək;
- Aidiyyatı sahə üzrə iş təcrübəsinin olması üstünlükdür.
Yuxarıda sadalanan keyfiyyətlər olduğu təqdirdə iş prosesinə dair bütün lazımi biliklər tərəfimizdən öyrədiləcək. Əlavə yarana biləcək suallarınızla bağlı birbaşa əlaqə saxlaya bilərsiniz. Sualınız yaranmadığı təqdirdə xahiş edirəm ki, fotoşəkilli cv'nizi başlıqda "Reception" qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərəsiniz.
Diqqətiniz üçün təşəkkürlər!