Çinar Park QSC

Şirkət haqqında:
Müasir dövrün dəyişkən tələblərini qarşılamaq və ən əsası, müştəri məmnuniyyətinin artırılması məqsədi ilə “Çinar Park Biznes Mərkəzi” 2006-cı ildən fəaliyyətə başlamışdır. "Çinar Park Biznes Mərkəzi" rahat biznes şəraitlərini təmin edəcək çoxsaylı xidmətlərin təqdim olunması, bununla bağlı yaranacaq bütün məsələlərin operativ və keyfiyyətli həll olunması üçün istənilən lazımi texniki və inzibati resurslara malikdir.
Fəaliyyətimiz ərzində müxtəlif daşınmaz əmlak növlərinin peşəkar istismarı və servis xidmətlərinin təşkili sahəsində geniş təcrübə əldə etmişik. Peşəkar kollektiv və müasir texniki baza hesabına əmlak kompleksinin idarə olunması ilə bağlı bütün məsələləri öz üzərimizə götürərək, iş həyatınızda bütün fikrinizi biznesinizə cəmləşdirmək üçün əlverişli, rahat şərait yaradırıq.
Əlaqə vasitələri:
Kassa Nəzarətçisi
Vəzifə öhdəlikləri:
- Şlaqbaumdan əraziyə daxil olan avtomobillərin kart götürməsinə nəzarət etmək.
- Ərazidən çıxan avtomobillərin ödənişlərini qəbul etmək.
- Kassa hesabatını tərtib etmək;
- Pul vəsaitlərinin qorunub saxlanması qaydalarına riayət etmək.
- İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- Diqqətli və məsuliyyətli olmaq.
- Sadə hesablama bacarığı.
- Yaş həddi: 20-40
İş barədə:
- Əmək haqqı: 550 AZN
- İş qrafiki: 2 gün iş, 1 gün istirahət.
- Naharla təmin olunur.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsinə “Kassa nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya whatsapp üzərindən 0512321627 nömrəsinə yaza bilərlər.