İMEC Mühəndislik

Şirkət haqqında:
İMEC Mühəndislik şirkəti 2022 – ci ildən fəaliyyətini rəsmiləşdirmiş, gənc, inovativ və dinamik şirkətdir. Şirkətin missiyası, Azərbaycanda inkişaf etməkdə olan dağ-mədən və sənayenin qeyri neft sektorunda mühəndislik disiplinləri çərçivəsində iləri mühəndislik həlləri, məsləhət(konsultasiya), kommersiya xidmətləri, uyğun avadanlıqların təmin edilməsi, işə salınması, təmirinin (planlı və plandankənar) həyata keçirilməsində ibarətdir. Şirkətimizin təsisçiləri və əməkdaşları, dağ-mədən və digər sənaye sahələrində texniki təmir, proseslərin idarə olunması və məsləhət xidmətləri də daxil olmaqla 10 ildən çox ölkədaxili və ölkəxarici təcrübəyə malikdirlər. Əsas hədəfimiz, müştəri və tərəfdaşlarımıza ən yaxşı mühəndislik xidmətləri və sınanmış keyfiyyətli məhsulları təqdim etməkdir.
Şirkətimiz, bacarıqlı və daim öyrənməyə istəkli olan mütəxəssislər ilə işləməyə üstünlük verir. Həmçinin əməkdaşlarımızın təcrübələrindən istifadə edərək yeni biliklər qazanması üçün də imkanlar yaradırıq.
Əlaqə vasitələri:
SMM Meneceri
İş barədə məlumat:
- Şirkətin sosial media hesablarının idarə olunması
- Ofisdə və sahədə profesional çəkilişlər etmək,videoların editlənməsi
- Sosial media üçün postlar dizayn etmək
- Sosial media postlarının reklamı
- Sosial media hesablarına gələn sualların operativ cavablandırılması
Tələb olunan bilik və bacarıqlar:
- Mühəndislik şirkəti olduğu üçün sahədə çəkilişlər olacaq. Bəy namizədlərə üstünlük veriləcək
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Xaricdən olunan müraciətlər üçün orta dərəcədə ingilis dili
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- Kompüter bilikləri: Post dizayn etmək və video editləmək üçün lazım olan proqramları bilməli
- Komanda ilə işləmə bacarığı;
- Yenilikçi, məsuliyyətli və karyerasını bizimlə qurmağa həvəsli olmalı
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 09:00-18:00
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət günü: şənbə, bazar
- Əmək haqqı: 500 AZN(başlanğıc)
- İş yeri: Xətai rayonu,8 Noyabr pr 23, Amay Ticarət Mərkəzinin 7-ci mərtəbəsi.
- Rəsmi sənədləşmə
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “SMM meneceri” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.