Novex Group

Şirkət haqqında:
Founded in 2023, Novex Group is a holding company specializing in the production, distribution, and export of a diverse range of consumer products. With a commitment to excellence, we operate in key business areas such as beverages, bread, snacks, confectionery, juice, concentrate, and more.
Əlaqə vasitələri:
Daxili Audit üzrə Menecer
İşin təsviri:
- Daxili audit planının hazırlanmasında iştirak;
- Daxili audit fəaliyyətlərini təsdiq edilmiş plan və metodologiyaya uyğun təşkil və idarə etmək;
- Audit layihələrinin icrasını koordinasiya etmək, iş bölgüsünü təşkil etmək və keyfiyyətə nəzarət etmək;
- Audit yoxlamalarının nəticələrinə dair hesabatların hazırlanmasına nəzarət və aidiyyəti rəhbər şəxslərlə müzakirə aparmaq;
- Audit sənədlərinin tamlığına, düzgün tərtibatına və arxivləşdirilməsinə nəzarət etmək;
- Audit komandasını idarə etmək və peşəkar inkişafını dəstəkləmək;
- Zərurət yarandıqda xüsusi araşdırmalara rəhbərlik etmək;
- Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqini təşkil etmək;
- Daxili audit fəaliyyətini mövcud qanunvericilik, beynəlxalq standartlar və daxili prosedurlara uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Audit sahəsində yeni yanaşmaları, beynəlxalq təcrübələri izləmək və təkmilləşdirici təkliflər vermək;
- Zərurət olduqda Daxili audit rəhbərini şəxsi əvəz etmək və onun tərəfindən verilən digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
- Audit və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi (FMCG və istehsalat sahələrində təcrübə üstünlükdür);
- Azərbaycan və İngilis dillərini əla bilmək;
- Microsoft Office proqramlarını (xüsusilə, Excel, Word) yüksək səviyyədə bilmək (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
- Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları üzrə biliklər ;
- Qanunvericilik (vergi, əmək və s.) üzrə biliklər;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Liderlik, idarəetmə və strateji düşünmə bacarıqları;
- Vaxtın səmərəli idarə edilməsi və komanda ilə işləmək bacarıqları;
- Analitik təhlil, problemləri həll etmə və müşahidə bacarıqları;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Rəqabətli əməkhaqqı;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili Audit üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan ünvanına göndərə bilərsiniz.