Caspident

Şirkət haqqında:
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir.
Əlaqə vasitələri:
Promouter tanıtım nümayəndəsi
Namizədə tələblər:
- Reklam sahəsində minumum 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dilini bilməsi (rus dili biliyi üstünlükdür);
- Xoş və səliqəli zahiri görünüş;
- İşgüzar və hədəfyönlü;
- Kollektiv ilə işləmə bacarığı;
- Yüksək ünsiyyət bacarıqları;
- Məhsul təqdimatı və inandırmaq bacarığı;
- Aktivlik, məsuliyyət və nəticəyə yönümlülük;
- Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür
İş barəsində məlumat:
- Stomatoloji klinikaların və tibb müəssisələrinin ziyarət edilməsi;
- Kursların və məhsulların təqdimatı;
- Reklam materiallarının paylanması;
- Potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Müştərilərdən rəy toplanması;
- Satış komandası ilə sıx əməkdaşlıq.
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə
- İş saatı – 09:00 – 18:00;
- Əmək haqqı – 650 AZN +150 AZN (yol xərci)
- İşyeri: Bakı şəhəri;
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Promouter/Tanıtım nümayəndəsi” qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur. Email-in mövzu hissəsində “Promouter/Tanıtım nümayəndəsi” qeyd etməyiniz xahiş olunur.