Universal PRO

Şirkət haqqında:
Universal PRO LLC is a leading supply chain company in Construction & Oil/Gas industry. We believe in perfection and integrity. We provide mesmerizing performance and service since 1998. Our goal is to meet demand for construction materials in Azerbaijan and Georgia by providing high quality products, and to contribute to the development of this area. Being a part of Universal Group, Universal PRO LLC specializes primarily in supply of construction materials, relevant equipment, industrial consumables and goods for oil-gas sector.
Əlaqə vasitələri:
Daxili audit üzrə təcrübəçi
Vəzifə Öhdəlikləri:
- Hazırlanmış illik audit planına uyğun olaraq yoxlamalarda iştirak etmək və hesabatların hazırlanmasına dəstək vermək;
- Şirkət daxili prosedurların öyrənilməsi və bu prosedurlara uyğunluğun yoxlanılmasında iştirak etmək;
- Yoxlamalar zamanı risklərin müəyyən edilməsi və qiymətləndirilməsində iştirak etmək, daha effektiv nəzarət üçün tövsiyələrin hazırlanmasına dəstək göstərmək;
- Daxili nəzarət prosedurlarına riayət olunmasına nəzarət etmək, gündəlik və həftəlik nəzarət proseslərinə dəstək vermək;
- Şirkətin daxili nəzarət sisteminin gücləndirilməsi və effektivliyinin artırılmasına dəstək olmaq;
- Audit rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi);
- İş təcrübəsi tələb olunmur, lakin 0-1 il təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Maliyyə sahəsində baza biliklərinin olması;
- Beynəlxalq peşəkar sertifikatlara (ACCA, CIA və s.) malik olmaq üstünlükdür;
- Microsoft Office proqramları üzrə yaxşı biliklər;
- 1C 8.3 proqramında işləmə bacarığı üstünlükdür;
- Risk yönümlü düşünmə, məlumatlarla işləmə bacarığı, güclü kommunikasiya və yazı qabiliyyəti;
- İngilis və Rus dili bilikləri üstünlük hesab olunur.
Qeyd:
İşə qəbul prosesi 3 mərhələdən ibarətdir:
- İlkin mərhələ – yazılı imtahan
- İkinci mərhələ – müsahibə
- Üçüncü mərhələ – yekun müsahibə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Daxili audit üzrə təcrübəçi” qeyd etməklə göndərmələri xahiş olunur.