İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Şirkət haqqında:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Əlaqə vasitələri:

Həkim-ekspert

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi xidmətlər və dərman vasitələri departamentinə həkim-ekspert vakansiyası elan edir.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali tibb təhsili (stomatologiya, laboratoriya işi, mikrobiologiya ixtisasları istisna olmaqla);
  • Təcrübə: Tibbi-iqtisadi ekspert, praktiki həkim kimi tibbi sığorta sahəsində minimum 5 il iş təcrübəsi;
  • Texniki biliklər: Excel üzrə yaxşı səviyyədə biliklər;
  • Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Tibbi-iqtisadi ekspertiza planının hazırlanması;
  • Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
  • Tibbi-iqtisadi ekspertizanın mübahisələndirilməsi;
  • Tələb olunan hesabatların hazırlanması.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Müsahibə 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap