Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Aparıcı mütəxəssis
Vəzifənin funksiyaları:
- Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə inkişaf istiqamətlərinin müəyyən edilməsi, bu istiqamətdə tədbirlərin icrası və koordinasiyasını həyata keçirir;
- Milli Ödəniş Sisteminin inkişaf layihələrinin hazırlanmasında və müvafiq tədbirlərin icrası və koordinasiyasında iştirak edir;
- Ölkədə nağdsız hesablaşmaların təşkili, habelə ödəniş sistemlərinin fəaliyyəti üzrə normativ-metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi ilə bağlı normayaratma fəaliyyətində iştirak edir;
- Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasını hazırlayır, bu istiqamətdə beynəlxalq qəbul edilmiş standartların, təcrübələrin təhlilinin aparır və təkliflər hazırlayır;
- Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;
- Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;
- Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;
- Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;
- Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Kompetensiyalar
Davranış kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Ünsiyyət qurma
- Vaxtın idarə edilməsi
- Təqdimat bacarıqları
Texniki kompetensiyalar
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
- Təqdimat və yazı bacarığı
Təcrübə
- Maliyyə sektorunda azı 2 illik iş təcrübəsi
Təhsil
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.