Efendiler Group

Şirkət haqqında:
Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup Porsche, Audi, Geely və Chery kimi avtoistehsalçıların distribütor şirkətləri və Euro Style texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə Cafe Cayenne ilə təmsil olunub.
Əlaqə vasitələri:
Marketinq meneceri
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasını müəyyən etmək, marketinq planı, marketinq büdcəsini hazırlamaq, bu plan və büdcəyə əsasən irəliləmək;
- Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasını bilmək, media əlaqlərini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək;
- Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək;
- Rəqəmsal sahədə alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək;
- Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına birbaşa nəzarət etmək;
- Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək;
- Marketinq araşdırmalarrını həyata keçirmək və araşdırma nəticlərini düzgün analiz edib nəticə çıxarmaq;
- Marketinq hesabatını hazırlamaq;
- Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək;
Namizədə tələblər:
- Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və ingilis dilləri;
- Yaradıcı, məsuliyyətli, kreativ;
- Kollektivlə işləmə bacarığı;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalıdır.
İş şərtləri:
- Həftədə 6 iş günü
- İş yeri: Babək pr.35
- Əmək haqqı: net 3000 azn
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
- Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Marketinq meneceri” yazaraq göndərmələri xahiş olunur.