Bakı Fond Birjası

Şirkət haqqında:
27 avqust 1997-ci il Bakı Fond Birjası Səhmdar Cəmiyyətinin yaradılması tarixidir. 25 oktyabr 1999-cu ildə birja Bakı Fond Birjası Qapalı Səhmdar Cəmiyyəti olaraq yenidən formalaşmışdır.
Birjanın yaradılması anından etibarən BFB Azərbaycanın fond sahəsində təşkil olunmuş yeganə birjadır. Bu gün Bakı Fond Birjası illik dövriyyəsi 14 milyard manatdan artıq olan, unikal tarixə, fond bazarının peşəkar iştirakçıları ilə möhkəm münasibətlərə və xarici ölkələrin bir çox fond birjaları ilə tərəfdaşlıq münasibətlərinə malik olan birjadır.
Əlaqə vasitələri:
Daxili Auditor
VƏZİFƏ ÖHDƏLİKLƏRİNİZ:
- Birjanın bütün struktur bölmələrində, habelə Birjanın təsisçisi olduğu təsərrüfat subyektlərində audit yoxlamalarının həyata keçirilməsi;
- Risklərin idarə olunması və minimallaşdırılması, daxili nəzarət sisteminin beynəlxalq standartlara uyğun qurulması, informasiya texnologiyalarının idarə olunmasının təkmilləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi istiqamətlərində Birjanın bütün struktur bölmələrinə məsləhət və tövsiyələrin verilməsi;
- Resurslardan istifadənin səmərəliliyinin və effektivliyinin qiymətləndirilməsi;
- Audit zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması, habelə uçot və hesabat, daimi nəzarət prosedurları və mexanizmləri barədə Birjanın İdarə Heyətinə və struktur bölmələrinə tövsiyələrin verilməsi;
- Kənar və daxili auditor tövsiyələrinin yerinə yetirilməsinə nəzarət edilməsi;
- Birjanın İdarəetmə orqanlarının qərarlarının, əmrlərin, sərəncamların və Birjanın rəhbərliyinin verdiyi göstərişlərin icrasına nəzarətin həyata keçirilməsi.
TƏLƏBLƏR:
- Maliyyə və ya İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
Mailiyyə və iqtisadi sahədə ən azı 2-3 il təcrübə arzu olunandır; - Əla ünsiyyət, analitik təhlil etmə, təqdimat bacarıqları;
- Daxili nəzarət prinsipləri sahəsində biliklər;
- Risklərin qiymətləndirilməsi üzrə biliklər;
- Daxili audit standartları sahəsində biliklər;
- Fırıldaqçılıq əlamətlərinin müəyyən edilməsi sahəsində biliklər;
- Qiymətli kagızlar bazarı və audit qanunvericiliyi sahəsində biliklər;
- Maliyyə-mühasibatlıq sahəsində biliklər.
İş müraciəti üçün CV-nizi mesajın mövzu hissəsində vəzifə adı – “Daxili Auditor” qeyd etməklə Müraciət Et düyməsindəki e-mail ünvanına göndərməyiniz xahiş olunur.