Super Toys

Şirkət haqqında:
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 8 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Əlaqə vasitələri:
Kateqoriya üzrə Qrup Rəhbəri
Vəzifə öhdəlikləri:
- Kateqoriyaların KPI-lara çatmasını təmin etmək
- Partnyor şirkətlərlə effektiv əməkdaşlıq və danışıqlar aparmaq
- Satış və stok göstəricilərini analiz etmək və lazım olan tədbirləri həyata keçirmək
- Məhsul portfeyini idarə etmək və optimallaşdırmaq
- Kampaniyaların planlaşdırılması və məhsul seçimi üzrə komanda ilə birlikdə çalışmaq
- Trendləri izləmək və bazarın tələblərinə uyğun olaraq məhsul çeşidlərini daim yeniləmək
- İdxal sifarişlərinin verilməsi prosesesinə nəzarət etmək
- Komandanı effektiv idarə etmək və onların peşəkar inkişafına dəstək olmaq
Tələblər:
- Ali təhsil
- Kateqoriya menecmenti sahəsində minimum 3-5 il iş təcrübəsi
- Oyuncaq, Yeni İl, Məktəbli, Dəniz kimi qeyri-qida kateqoriyalarında iş təcrübəsi vacibdir.
- Analitik düşüncə və analizlərlə işləmə bacarığı
- MS Excel proqramında sərbəst işləmək bacarığı
- Ünsiyyətcil, liderlik xüsusiyyətlərinə malik və komanda ilə effektiv işləmə bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.