North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Anbardar Köməkçisi (Ceyranbatan)
Öhdəliklər:
- Anbara qəbul edilən mal-metirialın qəbuluna, saxlanmasına, düzgün yerləşdirilməsinə iştirak edir;
- Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin edir;
- Anbardan məhsulun limitlə buraxılış vərəqəsi əsasında buraxılmasını təmin edir və buna nəzarət edir;
- Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştrak edir;
- Anbara yükləmə-boşaltma işlərinə nəzarət edir;
- Anbarda aparılan bütün əməliyyatların uçotunu aparır və ümumi vəziyyət haqqında rəhbərliyə vaxtaşırı hesabat vermək;
Tələblər:
- Təhsil: Ali/Orta
- Ən azı 1 il iş təcrübəsi
- Səlist Azərbaycan dili, İngilis dili arzuolunandı
Xahiş edirik CV-nizi cv@nwconstruction.com ya da hr@nwconstruction.com ünvanına "Anbardar Köməkçisi (Ceyranbatan)" mövzusu ilə göndərin.