North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Mikrotunel işləri üçün Briqadir
Iş yeri/ Work place: Salyan şəhəri
Vəzifə Öhdəlikləri:
- Mikrotunel işlərinin sahədə düzgün və vaxtında icrasını təmin etmək;
- İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və nəzarət etmək;
- İş planlarına və layihə qrafikinə uyğun olaraq işlərin irəliləyişinə rəhbərlik etmək;
- Qazma trayektoriyasının layihəyə uyğun aparılmasını təmin etmək;
- Geotexniki və hidrogeoloji şəraitə uyğun tədbirlər görmək;
- İstifadə olunan boruların və materialların uyğunluğunu yoxlamaq;
- Layihə mühəndisləri, texniki nəzarətçilər və podratçılarla koordinasiyalı şəkildə işləmək;
- Sahədə görülən işlərin foto və video sənədləşdirilməsinə nəzarət etmək;
- Problemləri və texniki nasazlıqları vaxtında bildirərək, həll yolları təklif etmək;
- Lazımi materialların vaxtında təchiz olunmasını təmin etmək üçün sifarişləri əlaqələndirmək;
- Avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Gündəlik iş hesabatları hazırlamaq və tikinti rəhbərinə təqdim etmək;
Tələblər:
- Mikrotunel və ya TBM (Tunel Qazma Maşını) layihələrdə təcrübə (minimum 1-3 il)
- Mikrotunel qazma, boru itələmə, TBM avadanlıqları və mikrotunel prosesinin ardıcıllığı barədə biliklər
- Tikinti layihələrinin və texniki planların oxunması və icrasına nəzarət etmək bacarığı
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl etmək və heyətə nəzarət etmək bacarığı
- Rus və ya ingilis dili bilikləri arzuolunandır (müasir TBM avadanlıqlarının proqram təminatını başa düşmək üçün üstünlükdür)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Mikrotunel işləri üzrə briqadir” qeyd etməyiniz vacibdir.