North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Şaxta işləri üçün briqadir
Iş yeri - Salyan şəhəri
Vəzifə Öhdəlikləri
- Şaxta tikintisi işlərinin sahədə düzgün və təhlükəsiz şəkildə icrasını təmin etmək;
- İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və nəzarət etmək;
- İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və onların fəaliyyətinə nəzarət etmək;
- Şaxtada aparılan işlərin layihəyə və texniki göstəricilərə uyğun yerinə yetirilməsini təmin etmək;
- Qazma, betonyarma, su izolyasiyası və digər şaxta içi işlərinin ardıcıllığını və keyfiyyətini izləmək;
- İş zamanı yaranan texniki nasazlıqları və təhlükəli halları vaxtında mühəndis heyətinə bildirmək;
- İş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını təmin etmək;
- Gündəlik görülən işlər barədə mühəndis və ya sahə rəhbərinə məlumat vermək;
- Sahədə istifadə olunan material və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət etmək;
- İş sahəsinin təmiz və nizamlı saxlanmasını təşkil etmək;
- Foto və video sənədləşdirmə üçün lazım olan görüntülərin çəkilməsinə kömək etmək və lazımi məlumatları təqdim etmək.
Tələblər
- Tikinti sahəsində və xüsusilə şaxta işlərində minimum 2-3 il təcrübə
- Tikinti prosesləri, şaxta qazıntısı, betonyarma və su izolyasiyası işləri üzrə biliklər
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə bilik və məsuliyyət
- Fiziki olaraq aktiv iş şəraitində işləmək imkanı (şəxsi sağlamlıq imkanları bunu dəstəkləməlidir)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Şaxta işləri üzrə briqadir” qeyd etməyiniz vacibdir.