Xərclərə nəzarət üzrə maliyyəçi analitik
AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Xərclərə nəzarət üzrə maliyyəçi analitik” axtarışındadır.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: maliyyə mütəxəssisi kimi 2-3 il (Tikinti layihələri, metal konstruksiya, dəqiq emal və bənzəri sahədə)
- MS office yaxşı səviyyədə bilməli
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
- ERP sistemindən alayışlı olmaq
İş öhdəlikləri:
- Faktiki göstəricilərin büdcə ilə müqayisədə çərçivədə qalmasının təmin edilməsi və kənarlaşmaların qeyd edilməsi,
- Cəmiyyətin xərclərinə nəzarətin təmin olunması və analiz edilməsi
- Büdcə planlaşdırılması və xərclərin icrasının monitorinqi
- Müxtəlif şöbələr ilə əməkdaşlıq və xərclərin optimallaşdırılması üçün dəstək vermək
- Layihə və əməliyyat xərclərinin izlənməsi və təhlili
- Məntiqi və analitik düşünmə və təqdimat bacarığı
- MS Office proqramlarından (MS Excell, Power Point), 1C üzrə biliklər üstünlükdür,
- Planlaşdırılmış və faktiki göstəricilər arasındakı fərqləri təhlil edərək riskləri vaxtında müəyyən etmək və tədbir görmək
- İstehsalat təcrübəsi olunanlara üstünlük veriləcək
İş qrafiki:
- 5 günlük iş rejimi
- 09:00-18:00 iş saatları
- 13:00-14:00 nahar fasiləsi
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Xərclərə nəzarət üzrə maliyyəçi analitik” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.