Fairmont Baku

Şirkət haqqında:
Мы рады окружить вас традиционным гостеприимством Fairmont в историческом городе Баку, открытом всем ветрам. Фешенебельный пятизвездочный отель Fairmont Baku (Азербайджан), ставший частью комплекса «Пламенные башни», расположен в обворожительном старинном Внутреннем городе, который с гордостью носит статус объекта Всемирного наследия ЮНЕСКО. Баку — крупнейший город и порт Азербайджана — удачно расположен на Апшеронском полуострове, окруженном загадочным Каспийским морем.
Отель Fairmont Baku в комплексе «Пламенные башни» призван превосходить пятизвездочные стандарты и сервис. Он предлагает гостям 299 великолепных номеров, люксов, 19 апартаментов с обслуживанием и спектр услуг класса Fairmont Gold.
Əlaqə vasitələri:
Elektrik
Əmək funksiyası.
- Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemləri həll etmək;
- Elektrik işinə aid olan gündəlik işləri yerinə yetirmək;
- Camaşırxana və mətbəx ləvazimatları, isitmə, havalandırma və kondisioner qurğularının, həmçinin onların motor, pompa, fan, su təmizləyici mexaninizmlərinin və elektrik generatorların, elektrik işıqları və qüvvəsinin, telefon və televizorların, yanğın liftlərinin, təhlükəsizlik avadanlıqları və sistemi kimi müxtəlif növ təchizatların baxımı və təmirinə cavabdeh olmaq;
- Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının qaydalarına əməl etmək;
- Profilaktik baxım/iş tələblərini müəyyən olunmuş keyfiyyət standartlarına əsasən həyata keçirmək;
- Təchizat məsələləri və çatışmazlıqlar barədə birbaşa rəhbərə məruzə etmək və müvafiq yerlərdə bu çatışmazlıqları aradan qaldırmaq;
- Avadanlığın istifadə olunmasının uçotunu aparmaq və göstəricilərini təhlil etmək, onun iş rejimini və istismar olunması şərtlərini öyrənmək, elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlamaq;
- Avadanlıqlarda detalların yoxlanılması, yaranan problemlər barəsində birbaşa rəhbərə məlumat vermək və yaranan problemi qısa zamanda həll etmək;
- İllik baxım planlarına yeni əlavələr/artırılmalar da daxil olmaqla bütün otel ərazisindəki hər növ təmir, təşkil və baxım işlərini yerinə etmək;
- Otel ərazisində Elektrik nasazlıqların aşkarlanması və xətlərin çəkilməsi, sxemləri oxumaq, santexnika və mexaniki nasazlıqları aşkarlayıb təmir etmək;
- Ona həvalə olunmuş qonaq otaqları, ictimai və arxa ərazilərin avadanlıq və ləvazimatlarının baxımı və təmirini həyata keçirmək;
- Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqları və komponentləri elektrik qurğular üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırmaq və təmir etmək;
Tələblər:
- Müvafiq vəzifə üzrə ən azı 3 il təcrübə
- Azərbaycan dili səlis
- İngilis və rus dili (arzu olunandır)
- Elektrik/elektronik /soyutma/buxar generator/isitmə və kondisioner sistemi/santexnika sahələrindən birinə aid texniki məktəb bitirmək və ya müəyyən peşə təhsili
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
- Santexnika, dülgərlik, və ümumi texniki təchizat üzrə ümumi mexaniki bacarığı olmaq
- Hər hansı tapşırılan işi nəzarətsiz müstəqil şəkildə başa çatdırmaq bacarığı və məsuliyyəti olmaq
- Uyğun texniki təchizat təcrübəsi
- Komandada işləmək bacarığı olmaq
- Davamlı inkişaf və öyrənməyə meyilli olmaq
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.