Prior Leasing

Şirkət haqqında:
Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.
Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.
Əlaqə vasitələri:
CRM üzrə kiçik mütəxəssis
Əsas tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə);
- Oxşar sahə üzrə iş təcrübəsi;
- Excel proqramında işləmə bacarığ;
- CRM terminologiyası və sistemi üzrə ilkin biliklər (lead, deal və s.);
- Təhlil bacarıqları və detallara diqqət
Vəzifə öhdəlikləri:
- Müştəri əlaqələrinin idarə olunmasına dəstək
- Məlumatların daxil edilməsi və yenilənməsi
- Potensial müştərilərlə davamlı əlaqələrin təmin edilməsi və bu sahədə yeni layihələrin tətbiqi
- Müştəri məlumatların yoxlanılması və hesabatların çıxarılması
- CRM sistemində olan məlumatların yoxlanılması və təmizlənməsi prosesində iştirak
- Müştəri bazasının seqmentasiyası üzrə verilmiş tapşırıqları yerinə yetirilməsi
- Müştəri Lifetime Value (LTV) dəyərlərinin hesablanması işlərində dəstək
- Həftəlik və aylıq lead və deal hesabatlarının hazırlanmasında iştirak etmək
- Aktiv lead və deal mərhələlərinin izlənməsi, nöqsanların aşkarlanması
- Kampaniya və müştəri davranışları üzrə ilkin analizlərdə iştirak
- Departament daxilində verilən digər tapşırıqların icrası
İş barədə məlumat:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Mehriban kollektiv və karyera inkişafı imkanları;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-ləri mövzu hissəsinə “CRM üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.