ROOF Academic Training

Şirkət haqqında:
ROOF Academic Training komandası dil, beynəlxalq sertifikatlara hazırlıq, IELTS hazırlığı və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Şirkət öz fəaliyyətinə 2017-ci ilin yayında başlamışdır. Ümumi ingilis dili və IELTS hazırlığı ilə fəaliyyətimizə start versək də, hal-hazırda bizim xidmət sferamız həmçinin bu sahələri də əhatə edir: SAT imtahanına hazırlıq, korporativ ingilis dili dərsləri və xaricdə təhsil xidmətləri.
40 nəfərdən ibarət komandamızı təcrübəli, təhsilini həm ölkə daxilində, həm ölkə xaricində almış, xarici sertifikatlara malik müəllimlər təşkil edir. Müştərilərimizin əsasını isə yuxarı sinif məktəb şagirdləri, müxtəlif universitetlərin bakalavr və magistr tələbələri və həmçinin xaricdə yaşamaq və təhsilini davam etdirmək niyyətində olan 30 yaşa qədər şəxslər təşkil edir.
Əlaqə vasitələri:
Satış üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Mövcud müştəri bazası ilə zəng və mesaj vasitəsilə əlaqə saxlamaq
- Şirkətə birbaşa müraciət etmiş müştərilərlə görüş keçirmək
- Məhsul və xidmətlərin təqdimatı, müştəri ehtiyaclarının müəyyən olunması və satışın həyata keçirilməsi
- İş proseslərinin CRM sisteminə daxil edilməsi;
- Müştərilərlə əlaqələrin davamlı saxlanılması, satışın artırılması istiqamətində təşəbbüslər
- Müxtəlif şöbələrlə koordinasiyalı işləmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək.
Tələblər:
- Ali təhsil
- Satış sahəsində minimum 6 aylıq iş təcrübəsi
- Satış texnikaları üzrə biliklər
- MS Office poqramlarının aktiv istifadəsi
- İngilis dili – ən azı A2 səviyyəsində kommunikasiya bacarığı.
Xüsusi bacarıqlar:
- Ünsiyyət bacarığı: Aydın, səlis və diqqətli dinləmə
- Satış bacarığı: Məhsulu effektiv təqdim etmək və inandırmaq
- Məhsul bilikləri: Təmsil olunan məhsul və xidmətlərə dair dərin anlayış
- Özünü inkişaf: Daim öyrənməyə, təkmilləşməyə açıq olmaq
- Zaman idarəetməsi: Eyni anda bir neçə işi səmərəli idarə edə bilmək
- Əzmkarlıq: Təzyiq altında soyuqqanlı qalma və çətin müştərilərlə uğurla işləmək.
Şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında – namizədin təcrübəsi və bacarıqlarına uyğun olaraq razılaşdırılacaq
- İş rejimi: Tam-ştat, həftədə 6 gün (şənbə günü qısamüddətli iş günü)
Müraciətinizi Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq tamamlamağınız xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək,yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.