A+Co ASC

Şirkət haqqında:
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.
2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.
2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.
İstifadə olunan texnologiyalar:
Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.
İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.
Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.
“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.
Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.
Əlaqə vasitələri:
Anbardar (Xaçmaz rayonu üzrə)
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal-materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Qaimələr əsasında anbara daxil olan malları yoxlanılmaq;
- Anbarın səmərəliliyin artırılması və sifarişlərin icrasını sürətləndirməyə dair işlər aparmaq;
- Mal-materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
Tələblər:
- Təhsil: Orta ixtisas və ya Ali;
- Anbar sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Planlaşdırma, təhlil və idarəetmə bacarığı;
- Analitik düşünmə, tez qərar qəbul etmək bacarığı;
- Komanda ilə işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
- Dil bilikləri: Azərbaycan dili;
- Kompüter bilikləri (əsasən MS Office) yaxşı səviyyədə olmalı.
İş şəraiti:
- İş yeri: Xaçmaz rayonu;
- 5/7 iş qrafiki;
- Əmək haqqı 650 Azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar (Xaçmaz )” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərilməsi və ya +994502508280 nömrəsi ilə saxlamaları xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.