Prior Leasing

Şirkət haqqında:
Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.
Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.
Əlaqə vasitələri:
Əməliyyatlar üzrə mütəxəssis\aparıcı mütəxəssis
Namizədə olan tələblər:
- Ali təhsil;
- MS Office proqramlarında işləmək bacarığı;
- Bu sahə üzrə 3 il iş təcrübəsi;
- Müvafiq qanunvericilik, normativ-hüquqi sənədlərin aparılması, daxili normativ sənədlərin tərtibinə dair mükəmməl biliklərə sahib olmaq;
- Kredit və lizinq sənədləri ilə işləmək bacarığı üstünlükdür,
- Bank, BOKT, İnvestisiya və Maliyyə sahəsində iş təcrübəsi üstünlükdür;
- Diqqətli, nizamlı, komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştəriyə aid sənədlər toplusunu müvafiq qaydalara əsasən yığmaq və yoxlamaq
- Qovluqların tərkibinə əsasən sənədləri çap etmək, sənədlər toplusunu qaydasına salmaq və rəhbərliyə imza üçün təqdim etmək
- Lizinq müqvilələrinin yoxlamaq və arxivləşdirmək
- Müvafiq orqanlarına sənəd toplusunu yönləndirmək, elektron sənədləri təhvil vermək və zəruri hallarda elektron sistemlərdə qeydiyyatını aparmaq
- Sənədlərin müvafiq qaydada arxivləşdirilməsini təşkil etmək
- Öhdəliklərin icrası zamanı məhsul şərtlərini və daxili prosedurları rəhbər tutmaq
- İş fəaliyyətinə dair hesabatları vaxtında təqdim etmək
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatları: 08:30-17:30
- Karyera inkişafı imkanları
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əməliyyatlar üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.