Merkuri BOKT

Şirkət haqqında:
“Merkuri” bank olmayan kredit təşkilatı Azərbaycan Respublikası vətəndaşlarına müasir kredit texnologiyaları tətbiq etməklə maliyyə xidmətləri göstərmək üçün yaradılmışdır.
Məqsədimiz Sizlərə yaxın olmaq, istək və ehtiyaclarınızı qarşılamaq və xidmətlərimizlə Sizi məmnun etməkdir.
“Merkuri” Bank olmayan kredit təşkilatı 26 Sentyabr 2012 ci il tarixində məhdud məsuliyyətli cəmiyyət olaraq dövlət qeydiyyatına alınmışdır. Təşkilata Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən 01 Fevral 2013 cü il tarixində kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ verən BKT-11 saylı Lisenziya verilmişdir.
Əlaqə vasitələri:
Reception
Tələblər:
- Ali təhsil (İqtisadi təhsil arzuolunandır)
- Azərbaycan dili – əla
- Kargüzarlıq sahəsində biliklər
- İşdə dəqiqlik, məsuliyyətlilik və detallara diqqətlilik
- Düzgün şifahi nitq qabiliyyəti, müştəriləri inandırmaq bacarığı
- Danışıqlar aparmaq, təqdim etmək bacarıqları
- Microsoft Office proqramlarını bilmək bacarığı
Vəzifə öhdəlikləri:
- Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması
- Müraciət edən şəxslərə mövcud bank məhsulları üzrə məlumatların verilməsi
- Müraciət edənlərin tələblərinə və ehtiyaclarına uyğun olaraq onlara bank məhsullarının təklif edilməsi
- Kredit sifarişləri və digər sifarişlər üzrə müştərilərlə əlaqə saxlayıb onların satışa cəlb edilməsi
- Arxiv işinin təşkili
Hazır cv formalarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.