Medsol

Şirkət haqqında:
2013-cü ildə MEDSOL MMC olaraq qurulan firmamız tibbi avadanlıqların və tibbi sərf materiallarının satışı ilə tibb sektoruna xidmət etməyə başladı.
İxtisaslaşdığı tibbi cihazların distributorluğu ilə yanaşı digər tibbi ləvazimatların, xəstəxana avadanlıqlarının və müxtəlif tibbi ləvazimatların satışını davam etdirən şirkətimiz dürüstlük, xidmətdə davamlılıq, müştəri maraqlarının qorunması və insan hüquqlarına hörmət kimi əsas prinsipləri mənimsəmişdir.
Əlaqə vasitələri:
Hüquqşünas
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması;
- Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Müəssisənin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
- Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
- Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Müəssisənin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə ,qüvvədə olma və s.) nəzarəti həyata keçirmək;
- Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək;
- Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
- Azərbaycan Respublikası mülki, mülki-prosessual, kommersiya, miqrasiya, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
- Qanunvericiliyin mütəmadi qaydada izlənilməsi, Müəssisəyə təsir edən məqamlar üzrə müəssisədaxili kommunikasiyanın edilməsinə dəstək göstərmək;
Namizədə tələblər:
- Təhsil; Hüquq üzrə ali təhsil
- Bəy namizədlərə üstünlük verililir
- İş təcrübəsi: Korporativ hüquq sahəsində 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan, (rus dili və ingilis dili-arzuolunandır);
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
İş şəraiti:
- İş yeri; Bakı şəh, Nəsimi rayonu
- İş qrafiki: 5 günlük iş rejimi
- Əmək haqqı: Razılaşma yolu ilə
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Hüquqşünas" yazmaqla Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.