Golden Pay

Şirkət haqqında:
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır.
GoldenPay ASC Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.
GoldenPay- ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaət etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlərin aparılması mümkündür. Həmçinin Hesab.az kino biletləri, sığorta satışı və aviabilet satışları da təklif edir.
Əlaqə vasitələri:
Mühasib
Vakansiyanın tələbləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 2-3 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- 1C 8.3 proqram biliyi üstünlükdür;
- ERP sistemlərində sərbəst işləmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Bütün ödənişlərin və xərclərin, alış sənədlərinin, invoysların, bank çıxarışlarının uçotunu aparmaq;
- İkili yazılışların düzgünlüyünə nəzarət etmək və onların hesabatlarda düzgün əks olunmasını müqayisə etmək ;
- Hesabların analizi və aylıq hesabatların hazırlanması;
- Debitor və kreditor borcların üzləşdirilməsi və təsdiq edilməsi;
- Dəqiq mühasibat hesabatlarının hazırlanması və nəticələrin təqdimatı;
- Ayın və ilin bağlanması prosesində dəstək olmaq.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.