AzFit

Şirkət haqqında:
Founded in 2022, AzFit LLC specializes in launching and managing Fitness Clubs in Azerbaijan, cooperating with the world’s leading international fitness franchises and equipment brands.
Əlaqə vasitələri:
Aşpaz köməkçisi
Qeyd - İş yay mövsümü üçün nəzərdə tutulub
Namizədlər üçün tələblər:
- Cinsi: Qadın/Kişi
- Yaş həddi: 18-40
- Təhsil: Orta ixtisas təhsili və ya aşpazlıq üzrə təlimlərdən keçmiş olmaq arzuolunandır
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
- Operativ, səliqəli və məsuliyyətli olmaq
- Komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Aşpaza kömək etmək
- Mətbəxin təmizliyinə və səliqəsinə nəzarət etmək
- Sifarişlərin hazırlanmasında sürətli və keyfiyyətli yardım göstərmək
- Hovuz qırağında açıq mətbəxdə fastfood və tez hazırlanan yeməklərin hazırlanmasında iştirak etmək
İş şəraiti:
- Əmək qanunvericiliyinə əsasən rəsmi işə qəbul
- Həftədə 2 gün istirahət
- Nahar şirkət tərəfindən təmin olunur
- İş saatı: 9 saatlıq dəyişkən iş qrafiki
- Əmək haqqı – 800 AZN (net)
İş yeri:
- İzmir küçəsi 2, ( açıq mətbəx sahəsi)
Maraqlananlar mövzu hissəsində “Aşbaz köməkçisi” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.