ABV
Şirkət haqqında:
Əsası 1993-cü ildə qoyulan “Araznet" MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 3 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu tərəfdaş funksiyasını icra edirik.
Peşəkar komandamız məhsullarımıza aid istənilən layihədə uyğun həllərin hazırlanmasında sizə daim öz dəstəyini göstərir.
Mağazamızda nəzarət kameraları(IP, termal, analog), videoqeydiyyat cihazları, videoserverlər, girişə nəzarət sistemləri, rəqəmsal domofonlar, siqnalizasiya sistemləri, maneə və keçid sistemləri, yanğından mühafizə sistemləri, üst geyim və baqaj yoxlama sistemləri, səsli xəbərdarlıq sistemləri, müxtəlif tipli UPS-lər və akkumlyatorlar, proyektorlar, monitorlar, LED ekran və videodivarlar, modem, switch və kommutatorlar, falşpol, kabel və kabel daşıma sistemləri, rack kabinlər, IP telefonlar, oğurluq əleyhinə sistemlər, satışa nəzarət sistemləri, printerlər, yaddaş qurğuları, kompüter aksesuarları və peşəkar alətlər var.
Daim yenilənən anbarımızda bütün məhsulları qısa zaman ərzində əldə edə bilərsiniz.
Əlaqə vasitələri:
Korporativ satış meneceri
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət edir;
- Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
- Korporativ satış ilə bağlı bazar araşdırmaları aparır;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı həyata keçirir;
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi.
Namizədə tələblər:
- Ali təhsil (biznes, menecment, və s. oxşar sahələr üzrə)
- İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması;
- Videomüşahidə kamera sistemləri , şəbəkə avadanlığı İP və TV kameralarının satışı sahəsində təcrübə üstünlükdür;
- Yaş həddi 30-40
- Rus və ingilis dillərinin birini yüksək səviyyədə bilməli;
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizdələr CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər.