Aqronom (bitki mühafizəsi üzrə)
Bakı şəhərinin Zirə qəsəbəsində yerləşən "Baku Agropark" MMC-yə təcrübəli Aqronom (bitki mühafizəsi üzrə) axtarılır.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi.
- İş yerinə gediş-gəliş servislə təmin olunur;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
Tələblər:
- Ali təhsil (sahə üzrə);
- Sertifikatların olması üstünlükdür;
- Minimum 3 illik iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Ərazidə monitorinq apararaq zərərvericilər, xəstəliklər və məhsulun yetişmə prosesinə mənfi təsir göstərə biləcək digər problemləri aşkar etmək və baş aqronomla birlikdə mübarizə tədbiri hazırlamaq;
- Ərazidə zərərvericilərə qarşı istifadə olunacaq materialların (tələ, indikator və s.) yerləşdirmə sxemini hazırlamaq və yerləşdirilməsini təşkil etmək;
- Entomofoqların ərazidə düzgün paylanma və yemlənmə sxemini tərtib etmək və əraziyə yerləşdirilməsini təşkil etmək;
- Periodik olaraq mübarizə vasitələrdən (feremonlardan) istifadə etmək;
- İstifadə müddəti bitmiş vasitələrin (tələlərin, İsonetin, uv lampaların vəs.) yenilənməsini təşkil etmək;
- Mütəmadi olaraq indikator yapışkanları baxışdan keçirmək və zərərvericilərin sayını qeyd etmək;
- Xəstə bitkiləri aşkar etdikdə müalicəsinə dair tövsiyyələr vermək, müalicəsi mümkün olmayan xəstə bitkilərin ərazidən dərhal çıxarılmasını təşkil etmək;
- Monitorinqin nəticələrini Baş aqronom, İstixana rəhbərinə yazılı, izahlı, lazım gəldikdə şəkilli formada təqdim etmək;
- Kimyəvi maddələrin istifadə qeydiyyatını aparmaq ;
- Dövlət orqanları (Qida Təhlükəsizlik Agentliyi və Qida Təhlükəsizlik İnstitutu) tərəfindən tələb olunan müxtəlif hesabatları və aktları hazırlamaq;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıqları yerinə yetirmək.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aqronom (bitki mühafizəsi üzrə)” qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.