Biznesin inkişafı departamentinin metadalogiya şöbəsinin mütəxəssisi
İş yeri: İcbari Sığorta Bürosu
İş yeri: Bakı.
Əsas vəzifə öhdəlikləri:
- Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması ilə bağlı hüquqi və praktiki təkliflər hazırlayır;
- Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir;
- Sığorta fəaliyyəti ilə bağlı potensial riskləri müəyyənləşdirir və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır, müvafiq təkliflər formalaşdırır;
- Sığorta şirkətləri və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.
Namizədə tələblər:
- Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə;
- Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatları təhlil etmək bacarığı;
- Güclü analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti;
- Qabaqcıl ölkələrin təcrübəsini araşdırmaq, təhlil etmək və yerli mühitə tətbiq etmək bacarığı;
- Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək praktiki yanaşma formalaşdırmaq bacarığı;
- MS Office proqramlarından və hüquqi informasiya sistemlərindən istifadə bacarığı.
Təcrübə
- Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi;
- Hüquq sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;
- Ən azı bir xarici dili sərbəst şəkildə oxuma və yazma bacarığı (ingilis və ya rus dili üstünlük təşkil edir).
Əlavə üstünlüklər:
- Magistr və ya ona bərabər ali hüquq təhsili;
- Sığorta sahəsində normativ-metodoloji baza üzrə biliklər və bu sahədə tətbiq olunan hüquqi çərçivəyə dair anlayış.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.