AzerGold CJSC

Şirkət haqqında:
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Əlaqə vasitələri:
Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru
Əsas vəzifə və öhdəliklər:
- Sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirmək və onu təmsil etmək, o cümlədən, sektor adından sənədləri imzalamaq, sektora razılaşdırma üçün daxil olan sənədlərə viza vermək;
- Sektorun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş tapşırıqların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
- Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
- Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
- Tapşırıqların icrası zamanı zəruriyyət olduqda sektor və şöbə əməkdaşlarına dəstək göstərmək;
- Sektorun əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, əməkdaşların təlim və sertifikasiya tələblərini formalaşdırmaq;
- Sektorun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak etmək;
- Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətləri daxilində təkliflər vermək;
- Sektorun iş planının tərtib edilməsinə və icrasına nəzarət etmək;
- Sektor tərəfindən icra edilən mühim işlərin hesabatını aparmaq;
- Sektor tərəfindən icra edilən layihələrin texniki tapşırığını formalaşdırılmasında iştirak etmək;
- Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin texniki dəstək sahəsinə aid olan layihələrin icrasını təmin etmək;
- İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin Əsasnaməsində qeyd edilən vəzifələri icra etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır);
- Sistem və şəbəkə üzrə biliklər;
- Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə 5 ildən çox iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.