Baku Business Consulting

Şirkət haqqında:
Maliyyə, vergi, əmək və hüquq münasibətlərindən irəli gələn mürəkkəb məsələləri həll etməkdə təcrübəli olan mütəxəssislərimiz, Sizlərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərməyə hazırdırlar.
Şirkətimizin əsas missiyası xidmət göstərdiyimiz sahələr üzrə (İş yerlərinin attestasiyası, Muhasibatlıq xidməti, Kadr Uçotunun Qurulması, Maliyyə hesabatları və s.) beynəlxalq səviyyədə tanınmış akkreditasiya və uyğunluq sertifikatlarını əldə edərək müştərilərimizə daha peşəkarcasına xidmət göstərməkdir.
Əlaqə vasitələri:
Laboratoriya müfəttişi (Əmək mühafizəsi mühəndisi) - Təcrübə Proqramı
Şirkət: "BBC SƏNAYE SANİTARİYA LABORATORİYASI" MMC
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi 5-ci mərtəbə, ofis №13.
İşin Təsviri:
- İstehsal mühitinin və əmək prosesinin amillərinin mövcud normalara və standartlara uyğun olaraq instrumental ölçmələrinin aparılması.
- Əmək mühafizəsi əsaslarının öyrənilməsi və tətbiqi, təhlükəsizlik və əmək gigiyenası tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak.
- AZS ISO 17020:2021 tələblərinə uyğun inspeksiya fəaliyyəti ilə bağlı sənədlərin hazırlanması və yenilənməsi.
- Əmək mühafizəsi və istehsalat təhlükəsizliyi normalarına riayət olunmasını yoxlamaq üçün daxili inspeksiyalar və auditlərin keçirilməsi.
- Ölçmə nəticələrinin təhlili və inspeksiya nəticələrinə dair hesabatların hazırlanması.
- Akkreditasiya orqanları ilə qarşılıqlı əlaqə və xarici yoxlamalara hazırlıq.
- Keyfiyyət sisteminin saxlanması və təkmilləşdirilməsi, risklərin idarə olunması, əmək mühafizəsi və iş şəraiti ilə bağlı problemlərin müəyyən edilməsi və həlli.
Tələblər:
- Cins fərqi yoxdur (kişi namizədlər hərbi mükəlləfiyətli olmalı)
- Təcrübə tələb olunmur.
- Magistratura tələbələri (istənilən mühəndislik ixtisası), yeni məzun olmuş, karyerasına möhkəm əsasla başlamaq istəyən şəxslər.
- İngilis dili ən azı Upper-Intermediate səviyyəsində, Rus dili arzuolunandır.
- Kompüter bacarıqları (MS Office).
- Komandada işləmək bacarığı, yaxşı kommunikasiya qabiliyyətləri.
- Kritik və analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik, detallara diqqət, təşəbbüskarlıq.
İş Şəraiti:
- Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək.
- Nahar təmin edilmir; yemək və istirahət üçün mətbəx və lazımi şərait var.
- Müqavilə rəsmi bağlanır, əmək haqqı kartla ödənilir.
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi 5-ci mərtəbə, ofis №13.
- Əmək haqqı 500 manatdan başlayır, namizədin şəxsi və professional qabiliyyətindən asılı olaraq dəyişə bilər.
- Bonus və mükafat sistemi mövcuddur.
Necə Müraciət Etmək Olar:
- CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
- Mövzu hissəsində “Laboratoriya Müfəttişi (Əmək mühafizəsi mühəndisi) - Təcrübə Proqramı” qeyd edin.
Komandamıza qoşulun və karyeranıza möhkəm əsasla başlayın!