Superfon

Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Əlaqə vasitələri:
Baş mühasib
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Müəssisədə həyata keçirilən mühasibatlıq əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
- Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- ƏDV, Əmlak, ÖMV, Mənfəət, Aksiz, və Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə cari vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Müəssisənin vergi öhdəliklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar;
- Aparıcı mühasibin və mühasiblərin işinə nəzarət;
Tələblər:
- Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
- Baş mühasib kimi topdan və pərakəndə satış sahəsində iş təcrübəsi - 3 ildən artıq;
- 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
- MS Office proqramlarını bilməli, (xüsusilə də yüksək səviyyədə Excel və Power BI bilikləri üstünlükdür)
- Dead-line`larla işləməyi bacarmalıdır
- Stresə dözümlülük, komanda ilə işləmək bacarığı, qərar qəbulu, prioritetləri müəyyənləşdirmək kimi idarəçi keyfiyyətlərinə malik olmalıdır .
- Yaş həddi 28-45
- PMS sertifikatı arzuolunandır.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.
Müraciət qaydaları:
- CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz.