Direktorun köməkçisi
İş yeri: Qəbələ şəhəri
Vəzifə öhdəlikləri:
- Direktorun gündəlik iş qrafikinin, görüşlərinin və ezamiyyətlərinin planlaşdırılması və idarə olunması;
- Strateji təşəbbüslərin, layihələrin və prioritetlərin icrasının təqibi və koordinasiyası;
- Məlumatların daxil edilməsi, verilənlər bazalarının saxlanması və qeydlərin aparılması;
- Daxili departamentlərlə əlaqə saxlanılması, zənglərə cavab verilməsi və lazımi tədbirlərin görülməsi;
- Tələb olunduğu halda direktorun adından yazışmaların idarə edilməsi.
Tələb:
- Ali təhsil (biznesin idarəedilməsi üzrə olması üstünlükdür)
- İş təcrübəsi – minimum 3 il
- Kompüter bacarıqları – MS Office (Word, Excel, Outlook)
- Azərbaycan dili səlis, rus/ingilis dili biliyi əlvə üstünlükdür
Biz nə təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı;
- Yüksək səviyyəli rəhbərliklə birbaşa işləmək və strateji proseslərə daxil olmaq imkanı;
- Stabil və peşəkar mühitdə çalışma fürsəti;
- Könüllü tibbi sığorta;
- Korporativ nömrə;
- Təlim və inkişaf imkanı.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Direktorun köməkçisi – Qəbələ” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.