Lekal

Şirkət haqqında:
Şirkətimiz 2000-ci ildə, təsis olunub. 2009-cu ildən, MMC kimi fəaliyyət göstərir. Dövlət satınalmalarında və korporativ satış üzrə, böyük nəaliyyətlər qazanmış şirkət kimi möhkəmlənmişik. Ölkədə dəftərxana və təsərrüfat mallarının təchizatı ilə məşğul olan qabaqcıl şirkətlərdənik. Gələcək fəaliyyətimizi, yüksək pillələrə çatdırmaq üçün, yeni layihələr və proyektlərlə məşğul olmağı planlayırıq. Lekal dəftərxana şirkəti olaraq, bir sıra yüksək keyfiyyətli brendlərin yerli bazarda rəsmi və ekskluziv distrubutorudur. Keyfiyyət və məsuliyyət bizim üçün oncəlikdir. Sistemləşdirilmiş idarə etmə və analitik yanaşmalarla gələcək perspektivləri genişləndirmək, bizim üçün əsas prioritetdir.Azərbaycanda bir sıra qabaqcıl müəssisə və şirkətlərin, dəftərxana və təsərrüfat mallarının bir-başa təchizatçısıyıq. Şirkət olaraq, daxili karyera yüksəlişi üçün, bütün imkanlar yaradılır.
Əlaqə vasitələri:
Satınalma üzrə nümayəndə
Tələblər
- Ali təhsil (Marketinq və digər əlaqəli sahələr üzrə)
- Satınalma və ya satış sahəsində minimum 1-3 il iş təcrübəsi.
- Dövlət satınalmalarında iş təcrübəsi.
- Dil bilikləri (Azərbaycan dili - əla səviyyədə) İngilis və rus dilləri üstünlükdür.
- Komputer bilikləri MS ofis proqramları (Excel, Word). 1C proqramında işləmə bacarığı üstünlükdür.
Şəxsi keyfiyyətlər:
- Analitik və intellektual düşünmə.
- Yüksək ünsiyyət bacarığı.
- Komandada işləmə bacarığı, məsuliyyətli və dəqiq işləmə qabiliyyəti.
Digər tələblər:
- Satış bazarı və təchizatçılar barədə məlumatlı olmaq.
- Satış prosesləri və müştəri ilə əlaqə qurma bacarığı.
- Qiymət təkliflərinin toplanması və müqayisə etmə bacarığı.
- Danışıqları aparmaq və müqavilə şərtlərini razılaşdırmaq bacarığı.
- Bazar araşdırması apararaq əlverişli təchizatçıları cəlb etmək.
- Yaş həddi 20-40
Şirkət daxili qaydalar:
- İş saatı 9:00 - 18:00
- 450 AZN + % (İntervyu zamanı məlumantlandırılacaq)
- Nizam-intizam və subardinasiya qaydaları.
- Şirkət tərəfindən mobil nömrə və aylıq balans (internet və mobil danışıq dəqiqələri təqdim olunur)
- Nahar fasiləsi 1 saat.
Əlavə olaraq:
- Şirkət, perspektivli və bacarıqlı gənclərə daxili karyera yüksəlişi üçün bir çox imkanlar yaradır.
- Geniş ofis və digər iş üçün lazım olan texnika, ləvazimatlar şirkət tərəfindən qarşılanır.
- Hər bir əməkdaşımız bizim üçün dəyərlidir.
İşə müraciət üçün aşağıdakı əlaqə nömrəsi və ya Müraciət Et düyməsində qeyd olunan mail ünvanına CV – lərinizi göndərməyiniz xahiş olunur.
+994 55 777 71 75 (Əlaqələndirici şəxs: Əhməd Piriyev)