A+Co ASC

Şirkət haqqında:
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.
2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.
2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.
İstifadə olunan texnologiyalar:
Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.
İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.
Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.
“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.
Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.
Əlaqə vasitələri:
Maliyyə analitiki
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək (P&L, BS, PVHH);
- Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
- Cari xərclərin yaxlanılması və təstiq olunması;
- Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
- Büdcə hesabatlarının hazırlanması və təstiq edilən büdcə hesabatlarının izlənməsi;
- Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
- Malların marjinallığının hesablanması və təhlil edilməsi;
- Tələb olunan digər İdarəetmə hesabatlarını hazırlaması;
- Maliyyə-təsərrüfat əməliyyatlarının təhlili.
Tələblər:
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il;
- Təhsili/ixtisası: Ali iqtisadi təhsil;
- Təlim və kurslar: ACCA - F3, F7;
- Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramı (üstünlük verilir);
- Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür;
- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə).
İş şərtləri:
- İş rejimi: 5 gün 08:00 – 17:00;
- İş yeri: Xırdalan şəhəri;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Maliyyə Analitiki" başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.