Around Business Group

Şirkət haqqında:
AROUND BUSINESS GROUP — biznesin inkişafının bütün mərhələlərində onun effektivliyini artırmaq üçün kompleks idarəetmə həlləri üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir.
Artıq 24 ildir ki, biz aşağıdakı sahələrdə uğurla layihələr həyata keçiririk:
Ticarət marketinqi və treyd aktivasiyaları
Satışların və komandaların idarə olunması
Tədbirlərin və BTL aksiyalarının təşkili
Rəqəmsal prodakşn (digital production)
Kadrların seçimi və təlimi
Fəaliyyət sahəmizə Rusiya, Qazaxıstan, Azərbaycan və Dubay kimi ölkələr daxildir.
Bizə beynəlxalq və yerli brendlər etibar edir, çünki biz təcrübəni, kreativ yanaşmanı və sistemli işi bir araya gətiririk!
Əlaqə vasitələri:
İcraçı Direktor
Vəzifə öhdəlikləri:
- Layihələrin tam icrasına cavabdehlik: brief mərhələsindən yekun hesabatlara və bağlanışa qədər
- Əməliyyat büdcəsinin hazırlanması və idarə olunması, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli istifadəsi
- Promo aksiyaların, BTL tədbirlərin, məhsul lansmanlarının və marketinq fəaliyyətlərinin təşkili və nəzarəti
- Risklərin qiymətləndirilməsi, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və daxili proseslərin təkmilləşdirilməsi
- Layihə sonrası analiz, rəy toplanması və inkişaf üzrə təkliflərin hazırlanması
- 100+ nəfərlik komandanın idarə olunması: şöbələrin koordinasiyası, vəzifələrin verilməsi və icraya nəzarət
- Biznes proseslərin optimallaşdırılması və resursların səmərəli bölüşdürülməsi
- Şöbə, komanda və fərdi əməkdaşlar üçün KPI-ların formalaşdırılması və tətbiqi
- Müxtəlif layihələrin paralel idarə olunması, müştərilər, tərəfdaşlar və daxili komandalarla aktiv əməkdaşlıq
Namizdə tələblər:
- Ali təhsil (menecment, biznes, marketinq və ya oxşar sahələr üzrə)
- Rəhbər vəzifədə, o cümlədən layihələrin idarəsində azı 2 il iş təcrübəsi
- 100 nəfər və daha çox olan böyük komandanın idarəsində uğurlu təcrübə
- Layihə idarəetmə metodologiyaları üzrə biliklər: Agile, Scrum, Waterfall və s.
- Strategiyaların hazırlanması, qərarvermə və çoxprosesli iş mühitində effektiv fəaliyyət bacarığı
- Excel, Google Sheets, Trello / Asana / Monday kimi proqramlarla sərbəst işləmə bacarığı
- Rus dilində sərbəst danışıq və yazı bacarığı, ingilis dili — üstünlükdür
- Komandaya yönəlik, etik və nəticəyönümlü idarəetmə tərzi
Təklif etdiklərimiz:
- Sabit və dinamik inkişaf edən şirkətdə iş imkanı
- Böyük və əhəmiyyətli layihələrin rəhbərliyi
- Güclü və motivasiyalı komanda ilə işləmək
- Rəqabətə davamlı əmək haqqı — fərdi şəkildə müsahibə əsasında müəyyən edilir
- 5 günlük iş rejimi, saat 09:00-dan 18:00-a qədər
- Rəhbərlik tərəfindən peşəkar inkişaf və dəstək
Müraciət üçün “İcraçı Direktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz!