Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
Ehtiyat satış müvəkkili
Vəzifə funksiyaları:
- Sifarişlərin qəbul olunmasına nəzarət;
- Verilən iadələrin vaxtında və düzgün iadə olunmasına nəzarət;
- Sifarişin müştəriyə vaxtında və sağlam şəkildə çatdırılması;
- Müştəridən və ya ərazidə işə aid məlumatların əldə olunub satış müdirinə çatdırılması;
- Avtomobilə yüksək səviyyədə qulluğun edilməsi və vaxtı vaxtında təmirinin təmin olunması;
- Ay sonu satılan malın pulunun tam şəkildə kassaya çatdırılması;
- Müştəri haqda tam və dolğun məlumata sahib olmaq.
Tələblər:
- Ali təhsil
- Satış və çatdırılma sahəsində iş təcrübəsi
- Microsoft Office və 1C proqramlarından istifadə bacarığı
- Sürücülük vəsiqəsi (Mexaniki sürət qutulu avtomobil idarə etməyi bacaran şəxslər)
İş şəraiti:
- 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı – 730-800 AZN.
- İş yeri: Masazır qəsəbəsi, palitra zavodunun arxası
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.