VMF

Şirkət haqqında:
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.
Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.
VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.
VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.
Əlaqə vasitələri:
Satış təmsilçisi
VMF Şirkətində Satış üzrə Peşəkar Karyera İmkanı!
Müştəri məmnuniyyəti və satışın incəliklərinə dərin marağınız varsa, sizi komandamıza qoşulmağa dəvət edirik!
Vəzifə öhdəlikləri:
- Salona daxil olan müştəriləri qarşılayaraq, onların ehtiyaclarını analiz etmək və uyğun məhsul təklif etmək;
- Məhsullar, zəmanət və servis haqqında tam və dəqiq məlumat vermək;
- Satış prosesini peşəkar şəkildə həyata keçirmək və müşahidə etmək;
- Məhsullar üzrə texniki biliklərə yiyələnmək.
İş şərtləri:
- Əmək haqqı: 450 AZN fiks + motivasiyaedici bonus sistemi;
- Həftədə 1 gün istirahət;
- Peşəkar inkişaf və yüksəliş imkanı.
Namizəddən tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan əla, rus və ingilis dillərində orta səviyyədə danışıq qabiliyyəti;
- Aydın nitq, xoş görünüş və təqdimat bacarığı;
- Ünsiyyətcil və gülərüz olmaq;
- Ofis proqramları və sosial şəbəkələrdən istifadə bacarığı;
- Yaş: 23–40 arası.
Əlavə üstünlük:
- İşə qəbul olunan namizədlərə işlədikləri müddətdə peşəkar komanda tərəfindən satış texnikası, mühasibatlığın əsasları və müasir iqtisadi biliklər üzrə təlim keçiriləcək.
Müraciət üçün:
- Zəhmət olmasa CV mövzu hissəsində Satış təmsilçisi yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və ya 0502578036 nömrəsi ilə əlaqə saxlayın.
VMF – “Hər zaman Sizi düşünərək.”