Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
Horeca üzrə satış təmsilçisi
əzifə öhdəlikləri:
- Şirkət məhsullarının sifarişlərinin qəbul edilməsi;
- Davamlı olaraq Satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək
- Şirkətin məhsullarının ərazilərdə satışının təşkil edilməsi;
- Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşünün təmin edilməsi;
- Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin edilməsi;
- Satış təmsilçisi satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi ;
- Birbaşa tabe olduğu Bölgə müdiri tərəfindən tapşırıqların icra edilməsi;
- Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat verilməsi;
- Satış təmsilçisi satış nöqtəsinin anbarındakı Şirkətə məxsus məhsulların varlığına nəzarət edilməsi;
Tələblər:
- Təhsil : Uyğun sahə üzrə ali təhsil (Kommersiya, İqtisadiyyat)
- İş təcrübəsi : HORECA sahəsində minimum 2 il;
- Kompüter bilikləri : MS Office (Excel, Word,)
- Yaş həddi: 25-40;
- Avtomobilinin olması vacibdir.
İş şəraiti:
- İş yeri: Sulutəpə qəsəbəsi;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı: 700+ satışdan gəlir.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Horeca satış təmsilçisi” Mövzu bölməsində göstərin.