Azprotein Foods Group

Şirkət haqqında:
"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.
6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.
Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.
Əlaqə vasitələri:
İzlənmə və məlumat sistemləri üzrə mütəxəssis (axşam növbəsi)
Namizədə Tələblər:
- Müfaviq sahə üzrə ali təhsil
- Yaş həddi: 22 - 40 yaş
- Staj: 1 – 3 il
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- 1C, Excel və digər proqram təminatlarında işləmək bacarığı
- İzlənmə prinsiplərini bilməsi üstünlük sayılır
- Məlumatlarla dəqiq və məsuliyyətli işləmək bacarığı
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- 1C, Excel və digər proqram təminatlarında məlumatların idarə olunması və gündəlik uçotun aparılması
- Nomenklaturaların yaradılması və sistemə daxil edilməsi
- Reseptura məlumatlarının daxil edilməsi və onların düzgünlüyünə nəzarət
- Məhsulun hər mərhələsində məlumatların doğruluğuna və uyğunluğuna nəzarət
- Qalıqlara nəzarət və sistemdə düzgün qeydiyyatının aparılması
- Uyğunsuzluqlar zamanı sistem üzrə araşdırmalarda iştirak
- İstehsalat proqramının və uçot bazalarının gündəlik yoxlanması
- İstehsalat və keyfiyyət şöbələri ilə əməkdaşlıq
İş şəraiti:
- Əmək haqqı: 700-800 manat (əmək haqqı müsahibə zamanı təcrübəyə əsasən təyin ediləcəkdir, qeyd olunan öhdəliklər üzrə minimum təcrübə mütləqdir).
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.