Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
İnsan resursları üzrə şöbə müdiri
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr
- Komputer bilikləri: MS Office – Yaxşı;
- Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
- İnsan resurslarının idarə edilməsi üzrə (xüsusi ilə kadr kargüzarlıq, işə qəbul, təlim və inkişaf modulları) nəzəri və praktiki biliklər;
İş barədə:
- İnsan Resurslarına dair prosedurları hazırlanması və izlənməsi;
- İR strategiyasının hazırlanmasıvə hayata keçirilməsi;
- İşçi heyətinə aid sənədləşmələrin daxili qaydalara və Azərbaycan Respublikasının Əmək Məcəlləsi qanunvericiliyin tələblərinə uyğun olmasını təmin etmək;
- İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarəti;
- Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
- İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planının hazırlaması və icra edilməsi;
- Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
- Cəmiyyətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilini həyata keçirmək;
- Aylıq hesabatların hazırlanması və təqdim edilməsi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 ).
Müraciət forması:
- Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İnsan resursları üzrə şöbə müdiri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.