YIĞIM Payment System

Şirkət haqqında:
2017-ci ildə təsis edilmiş "YIĞIM Ödəniş Sistemi” şirkətlərə yüksək texnologiyalı ödəniş həlləri təklif edir. Sahibkarlara bir qoşulma ilə qısa zamanda çox sayılı ödəmə kanalları üzərindən (Nağd Ödəniş terminalları, Mobile Banking tətbiqləri, elektron pul kisələri) ödənişləri toplamaq imkanı yaradır. Brend eyni zamanda prosessinq xidməti kimi də fəaliyyət göstərir. Şirkətlərə saytlarında və mobil tətbiqlərində bank kartları ilə ödənişlərin qəbulu üçün geniş funksiyalı həllər təklif edir.
Əlaqə vasitələri:
Hüquqşünas
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinin mövcud qanunvericiliyə və normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- ƏL/TMM qanununa əsasən prosedurlarının tətbiqi və yoxlanması
- Hüquqi riskləri qiymətləndirmək və onların qarşısını almaq üçün təkliflər vermək;
- Daxili nəzarət və komplays şöbəsinin siyasət və prosedurların hazırlanmasında iştirak etmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq
- Müqavilələrin hüquqi ekspertizasını aparmaq, müqavilə layihələri hazırlamaq və tərəfdaşlarla danışıqlarda hüquqi dəstək göstərmək;
- Daxili sənədlərin və prosedurların qanunvericiliyə uyğunluğunu yoxlamaq və təkmilləşdirilməsi üzrə tövsiyələr vermək;
- Yeni məhsul və xidmətlərin hüquqi uyğunluğunu qiymətləndirmək və rəy vermək;
- Nəzarət orqanları (Mərkəzi Bank, Maliyyə Monitorinq Xidməti və s.) ilə yazışmalar və hesabatların hazırlanması;
- Komplayns risklərinin təhlili və bu risklərin idarə olunması üçün tədbirlərin təklif edilməsi;
- Şirkətin əməkdaşlarının Komplayns qaydalarının tətbiqi və prosedurların məlumatlandırılması və təlimatlandırılması proseslərində iştirak;
- Daxili audit və yoxlamalar zamanı dəstək göstərmək və tövsiyələrin icrasına təmin etmək.
Namizədə tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Bank və ya maliyyə sektorunda, xüsusilə hüquq və komplayns sahəsində minimum 3-4 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mülki, vergi, əmək və bank qanunvericiliyi üzrə biliklər;
- Hüquqi sənədlərlə işləmə, hüquqi analiz və rəyvermə bacarığı;
- Analitik düşünmə, detallara diqqət və peşəkar yanaşma;
- Sərbəst şəkildə hüquqi sənədlər tərtib etmə və hüquqi yazışmalar aparma bacarığı;
- Azərbaycan və Rus dilində mükəmməl;
- Yüksək məsuliyyət və müstəqil işləmə qabiliyyəti.
Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.