Təmizlik işçisi
“Yeni Çinar Kafesi” MMC “Təmizlik işçisi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarışındadır;
Əsas öhdəliklər:
- İş bölgüsü əsasında mətbəx ərazisində döşəmənin silinməsi, qabyuyan sahəsinin təmizlənməsi, tullantıların atılması, zibil qutularının boşaldılması kimi gündəlik təmizlik işlərinin həyata keçirilməsi;
- Yeməkdən sonra istifadə olunmuş boşqab, stəkan, çəngəl-bıçaq, tava, qazan və digər mətbəx ləvazimatlarını lazım olduqda əl ilə, avtomat qabyuyan maşınla və ya digər xüsusi avadanlıqlarla yumaq;
- Qabların növlərinə görə çeşidlənməsi, yuyulmuş qabların qurudulması və təmiz saxlama yerlərinə yerləşdirilməsi;
- Qida tullantılarının düzgün şəkildə utilizasiyasını təmin etmək;
- Aşpazlara və digər mətbəx işçilərinə lazım olan avadanlıq və materialların vaxtında çatdırılmasını təmin etmək;
- Qabyuyan maşının, kranların və digər avadanlıqların təmiz və işlək vəziyyətdə saxlanması;
- Qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına ciddi riayət etmək;
- Təmizlik vasitələrinin qaydalara uyğun olaraq saxlanmasını təmin etmək;
- Baş verən çatışmazlıqlar və ya təmir ehtiyacları barədə rəhbərinə məlumat vermək;
- Qaynar səthlər və iti alətlərlə təhlükəsiz davranmaq;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 1 il təcrübəsinin olması;
- Müxtəlif təmizlik məhsulları və avadanlıqlardan istifadə etməyi bacarmalı;
- Sanitar-gigiyenik normalara riayət etmək;
- Digər əməkdaşlarla nəzakətli və anlayışlı ünsiyyət qurmaq bacarığı;
CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
E-mail göndərilərkən mövzu hissəsində “Təmizlik işçisi” qeyd olunmalıdır
Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır