Superfon

Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Əlaqə vasitələri:
Logistika üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- Yüklərin daşınma və çatdırılma proseslərinin düzgün planlaşdırılması və nəzarətdə saxlanılması
- Logistika partnyorları və daşıyıcı şirkətlərlə əlaqələrin qurulması və koordinasiyası
- Daşınmalarla bağlı sənədləşmənin düzgün və tam şəkildə hazırlanması
- Gömrük və idxal proseslərində iştirak, uyğun sənədlərin təmin edilməsi
- Daşınma marşrutlarının optimallaşdırılması və nəqliyyat xərclərinin azaldılması üzrə təkliflərin hazırlanması
- Anbar ilə əlaqəli logistik fəaliyyətlərin koordinasiyası
- Aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsil (Logistika, nəqliyyat, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə)
- Logistika sahəsində minimum 1 il iş təcrübəsi
- İdxal, ixrac, gömrük və nəqliyyat sənədləri üzrə biliklər
- Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
- Analitik düşüncə, məsuliyyətli və detallara diqqətli olmaq
- Yaxşı kommunikasiya və komandada işləmə bacarığı
- Deklarant işi üzrə biliklər üstünlükdür
- ERP və ya digər logistika idarəetmə sistemləri ilə işləmək bacarığı əlavə üstünlükdür
Təminatlar:
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- Korporativ mobil nömrə
Müraciət qaydaları:
- CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Logistika üzrə Mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.