iMotors

Şirkət haqqında:
Azərbaycan avtomobil bazarında innovativ və ətraf mühiti qorumağa yönəlmiş global brendləri təmsil etməklə, müştərilərə daim yüksək səviyyəli xidmət göstərmək İMOTORS şirkətinin əsas prinsiplərindədir. İstehsalçı zəmanəti daxil olmaqla təmsil etdiyimiz brendlərin satışı ilə bərabər satış sonrası xidməti də təşkil olunur.
Avtomobillərlə bərabər İMOTORS şirkəti elektrik avtomobilləri üçün şarj cihazlarının da satışını və satış sonrası xidmətini həyata keçirir. Eyni zamanda bu tip avtomobillər üçün infrastrukturun yaradılmasına dəstək olaraq şarj stansiyalarının müştəlif məkanlarda yerləşdirilməsi də İMOTORS-un xidmətlərinə daxildir.
Əsas məqsadimiz müştərilərə ən uyğun seçimdə yardımçı olmaq və ən düzgün məlumatları çatdırmaqdır. Yüksək kvalifikasiyalı əməkdaşlarımız bu mövzuda müştərilərə daim dəstək olmağa hazırdırlar.
Gələcək nəsil üçün təmiz ətraf mühitin qorunub saxlanılması İMOTORS-un təməl prinsiplərindəndir.
Əlaqə vasitələri:
Marketinq Mütəxəssisi
Namizədə olan tələblər:
- Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
- Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi olmalı(Avtomobil sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan, rus və ingilis dillərini səlis bilməli;
- Rəqəmsal Marketinq alətlərini bilməli;
- Meta, Google, Tiktok, SEO və digər platformalarda işləmək bacarığı olmalı;
- Pres-reliz yazmaq təcrübəsi olmalı;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
Vəzifə öhdəlikləri:
- Brendin təmsil edilməsi;
- Reklamların və kontentin hazırlanması;
- SMM paylaşımların planlanması və nəzarəti;
- Video və foto çəkiliş komandası ilə birgə daim işləmək;
- Brendin dizayn dəsti xəttinə uyğun yerli reklam materiallarının yaradılması;
- Hesabatların hazırlanması;
- İnfluenserlərlə işləmək və paylaşımların izlənməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00.
- İş yeri: Babək pr.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.