“OBA Market” MMC

Şirkət haqqında:
“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Əlaqə vasitələri:
İşə qəbul üzrə təcrübə proqramı
Proqramın müddəti: 3 ay (ödənişsiz)
İş şəraiti:
- Yer: Bakı şəh.,Məmmədli qəsəbəsi
- Servis təminatı(Neftçilər,Əhmədli,Koroğlu,20 Yanvar dairəsi)
- Nahar təminatı
Proqram haqqında:
OBA Market MMC-yə dinamik HR komandasına qoşulmaq istəyən motivasiyalı gənclər üçün 3 aylıq ödənişsiz təcrübə proqramı elan edir. Bu müddət ərzində siz işə qəbul prosesinin bütün mərhələlərində — vakansiyaların hazırlanması, CV-lərin ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və işə qəbul hesabatlarının hazırlanması kimi işlərdə praktiki təcrübə əldə edəcəksiniz.
Tələblər:
- Ali təhsil (HR, Biznes idarəçiliyi və ya oxşar sahələr üzrə olması arzuolunandır)
- İnsan resurslarına maraq və bu sahədə inkişaf etmək istəyi
- Bəy namizəd
- Yaxşı ünsiyyət bacarığı
- Məsuliyyətli və komanda ilə işləmə bacarığı
- MS Office proqramlarını orta səviyyədə bilmək
Biz nə təklif edirik?
- Real iş mühiti və təcrübə imkanı
- Peşəkar HR komandası ilə işləmək şansı
- Karyeranıza güclü töhfə verəcək təcrübə sertifikatı
Müraciət etmək üçün:
CV-nizi mövzu hissəsində “HR Təcrübəçi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan mail adresinə göndərin.