Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
İadə Şöbə müdiri
Ümumi tələblər:
- Ali təhsil;
- Azərbaycan dilini yüksək səviyyədə bilməli (rus dili biliyi üstünlükdür) ;
- Rəhbər vəzifədə minimum 1-3 il təcürbə;
- Microsoft Office proqramlarından və 1C proqramından peşəkar səviyyədə istifadən bacarığı;
- Liderlik, qərarvermə, vaxtın və komandanı idarəetmə bacarıqları;
Vəzifə öhdəlikləri:
- Şöbədə aparılan bütün əməliyyatlara nəzarət edir;
- Şöbədə aparılan əməliyyatlar ilə əlaqədar tələb olunan müxtəlif növ sənədləri şərh edir;
- Saxlanılan malların təhlükəsizliyini təmin edir;
- Şöbəyə daxil olan malların təsdiq edilmiş standartlara uyğunluğunu yoxlayaraq sistemə işlənməsinə nəzarəti təmin edir;
- Anbardan iadə edilmiş malların yoxlanaraq müvafiq şirkətlərə iadə edilməsi işini təşkil edir;
- Şöbədə olan xüsusi texnika və avadanlıqların düzgün istismar edilməsinə nəzarət edir;
- İnventarizasiya prosesində iştirak edir;
- Şöbənin işçilərinə rəhbərlik edir, onların fəaliyyətlərini istiqamətləndirir və əlaqələndirir;
- Şöbə işçilərinin iş rejiminə nəzarət edir;
- Şirkətə aid məlumatların məxfiliyinin qorunmasını təmin edir.
- Onun himayəsində оlan maddi dəyərlilərə təhlükə törədən vəziyyət barədə Anbar rəhbərliyini dərhal məlumatlandırır və təhlükəli vəziyyətin yaranma səbəblərini müəyyənləşdirir və qarşısının alınması tədbirlərini həyata keçirir ;
İş şəraiti:
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo
- 6/7 iş qrafiki;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı.
- Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.