Sham-Fi International Trading Company
Şirkət haqqında:
Şirkət haqqında
“Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.
Daha sonra istehlakçılara daha yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli brendlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkətimiz distribüter fəaliyyətinə qədəm qoyur. Başlanğıcda yalnız Türkiyə Respublikasından qıda məhsullarının idxalı ilə fəaliyyətə başlayan şirkətimiz, hazırda əməkdaşlıq etdiyi ölkələrin siyahısına Rusiya Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və s. kimilərini əlavə etmişdir.
Əlaqə vasitələri:
Sürücü
İş yeri: Güzdək və Ağ şəhər filialı
İş saatları: Ağ şəhər 07:00, Güzdək 08:00
İşin təsviri: Nəzərdə tutulan məntəqələrə məhsulların çatdırılması və məhsulların təhvil verilməsinə köməklik göstərilməsi, fakturaların ofisə çatdırılması.
Əsas tələb: İSUZU markalı yük maşını sürməyi bacarmalı və BC kateqoriyasının olması
İş haqqında:
-
Əmək haqqı: 700 manat (ilk ay) növbəti aylar 700-1000 arası (bonusa əsasən dəyişir)
-
Yaş həddi: 22-50
-
İş qrafiki: Həftədə 5 gün( bazar, bazar ertəsi istirahət günü)
Vakansiyaya müraciət etmək üçün Whatsapp üzərindən 0512336660 nömrəsinə "Sürücü" yazaraq müraciət edə bilərlər.