ERTagro

Şirkət haqqında:
Meyvə və tərəvəz ticarəti babalarımızdan bizə miras qalmış bir məsləkdi. Ehalinin sayının gündən günə artdığı və sağlam gələcəyin təməllərinin məhz bu gündən yaradılmasına ehtiyac duyulduğu bir dövrdə insanların daha orqanik və daha təbii qidalar, xüsusilə də meyvə və tərəvəz əldə etmə cəhdləri, bizim işimizə daha məsuliyyətlə sarılmağımıza səbəb olmuş və insanlar qarşısındakı xidmətlərimizi hər zamankından daha çox inkişaf etdirməyimizlə nəticələnmişdir. Vaxt məhdudiyyəti səbəbindən artıq insanlar keçmiş dövlərdəki kimi tez-tez kəndlərə üz tutub təbii qida əldə edə bilmirlər yaxud həftəiçi işdən sonra uzun market kassası növbələrində vaxt keçirmək istəmirlər. Bütün bunları nəzərə alaraq biz, baba məsləyimizin hazırki davamçıları kimi, ticarətimizi zamanın tələbinə uyğun olaraq onlayn şəkildə həyata keçirməyə qərar vermişik. Məqsədimiz, ticarətimizi daha da şəffaf şəkildə davam etdərməkdir. İnternet üzerindən satilan malın hər ötən gün daha çox üstünlük təşkil etdiyi bir çağda təbii qidaların şəhərlərdə yaşayan insanların süfrəsinə asanlıqla çatdırılmasını təmin etməkdən zövq alacag, məmnuniyyət duyacağıq. Meyvə və tərəvəzlərin e-ticarəti sayəsində insanlar artıq yorucu iş günündən sonra əlavə olaraq bazarda da vaxt itirmək məcburiyyətində qalmayacaq, meyvə və tərəvəzlərini rahatlıqla sifariş edə biləcəklər.
Əlaqə vasitələri:
Xarici satınalma üzrə mütəxəssis
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya müvafiq sahə);
- MS Office proqramlarını istifadə etmək;
- 1 ildən az olmayaraq müvafiq sahədə iş təcrübəsinə sahib olmaq;
- İngilis dili və Rus dili bilikləri.
- Analitik düşüncə və güclü ünsiyyət bacarıqları; danışıqlar aparmağı bacaran bir komanda oyunçusu olmaq
Bacarıqlardan asılı olaraq tələblərdə güzəştə gedilə bilər.
İş barədə məlumat:
- Xarici tədarükçülərlə yazışmaların və danışıqların aparılması;
- Malların vaxtında alınması və ölkəyə çatdırılmasının təmin edilməsi;
- Tədarükçülərlə qiymət müzakirələri, texniki və digər şərtlərin razılaşdırılması;
- Satın alınan malların sənədləşdirilməsi və izlənilməsi;
- Rəhbərliyə hesabatların təqdim edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş qrafiki;
- İş saatları 09.30 18-30
- Nahar şitkət tərəfindən təmin edilir.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- Ünvan: Bakı şəhəri, Lökbatan, Binə bazarı yaxınlığı.
Əyər sizin də bu sahədəki bilik və bacarıqlarınız bizə əlavə dəyər qatacağına inanırsınızsa, Şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan Müraciət et düyməsində qeyd olunan elektron poçtuna “Xarici satınalma üzrə mütəxəssis” mövzusu ilə göndərin.