North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Yanacaq doldurma məntəqəsi üzrə nəzarətçi (Regionlarda gedən layihələr)
Vəzifə Öhdəlikləri:
- Yanacaq qəbulu zamanı yanacağın keyfiyyətinin norma və standarlara uyğunluğunu yoxlamaq uyğunsuzluq aşkarlanarsa aidiyyatı rəhbərinə məlumat vermək;
- YDM -də yanacaq doldurma qrafikini tərtib etmək, izləmək və koordinasiya etmək;
- Layihədə texnika və maşınlara paylanılan yanacaqın sərfiyyatı və qalıqları haqqında məlumatların toplanması, hesabatın hazırlanması və göndərilməsində cavabdehdir:
- YDM -də avadanlıqların işlək vəziyyətdə qalmasına ,həmçinin yanacaqdoldurma məntəqələrinin texniki istismarı qaydalarına cavabdehdir;
- Yanacaqların saxlanılması, uçotu və paylanması qaydası haqqında təlimatlara, təhlükəsizlik texnikası və əməyin mühafizəsi təlimatlarına, yanğından mühafizə təlimatlarına riayət edilməsinə cavabdehdir;
- Çəndə olan yanacaq ehtiyyatlarının gündəlik olaraq Layihə təlabatına uyğunluğuna cavabdehdir;
- Yanacaq doldurma məntəqələrində yanacaq qəbulu zamanı gələn yanacağın miqdarının ölçülməsi və qəbul edilən yanacaq miqdarına cababdehdir.
Tələblər:
- Ünsiyyət və yüksək təşkilati və idarəetmə bacarığı;
- Fors-major hallarda sürətli və düzgün qərar qəbul etmə bacarığı;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Kompüterdə office programlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli və stresə davamlı olmaq;
- Liderlik keyfiyyətlərinə malik olmaq;
CV-nizi məktubun mövzu hissəsində “YDM Nəzarətçisi” qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.